İnterpress.az Milli.Az istinadən xəbər verir ki, 1 milyondan çox izləyicisi olan, Facebook, Instagram və Twitter-də də aktivlik edən, \”El Pirata de Culiacan\” kimi tanınan 17 yaşlı Xuan Luis Lagunas Rosales güllələnərək öldürülüb.
Qısa video çəkən Xuan Luis gülməli videoları ilə əyləndirsə də, sonuncu videosunda meksikalı məşhur narkobaronu təhqir edib.
O, sərxoş ikən çəkdiyi videodan sonra Xalisko ştatındakı barlardan birində ölü halda tapılıb.
Juan son videosunda \”Yeni Nəsil\” kartelinin rəhbəri El Mençonu təhqir edib. Ona 18 güllə vurulub.
\”El Menço\” kimi tanınan Nemeseo Oseqera Servantes sabiq polis polkovniki, Meksikanın ən təhlükəli narkokartellərindən sayılan \”Yeni Nəsil\”in lideridir. 4 minə yaxın üzvü olan \”Yeni Nəsil\” 1200 nəfərin qətlində suçlanır.
İnterpress.az