İnterpress.az xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə baxılıb.
Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası dekabrın 26-a təyin edilib.
Qeyd edək ki, Vəfa Mürşüdova Cinayət Məcəlləsin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törədildikdə) maddəsi ilə barəsində axtarış elan edilib.
2017-ci il sentyabr ayının 22- də Vəfa Mürşüdova DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarını tərəfindən həbs edilib. Vəfa Mürşüdovanın işi üzrə iki zərərçəkmiş qadın tanınıb. Məlum olub ki, həmin qadınlar Vəfa Mürşüdova tərəfindən Dubaya aparılaraq cinsi istismara məruz qalıb. (musavat)
İnterpress.az