Mahmud Abbas: “ABŞ Yaxın Şərq sülh prosesində vasitəçi deyil…”backend

Mahmud Abbas: “ABŞ Yaxın Şərq sülh prosesində vasitəçi deyil…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az istinadla xəbər verir ki, bunu Fələstin lideri Mahmud Abbas deyib.

Daha əvvəl isə Fələstinin xarici işlər naziri Riyad əl-Maliki deyib ki, ABŞ-ın Fələstin məsələsinə dair 2018-ci ildə elan ediləcəyi deyilən “əsrin müqaviləsi” artıq keçmişdə qalıb.

2018-ci ilin əvvəlində ABŞ prezidentinin İsrail-Fələstin probleminin həllinə dair sülh planı açıqlayacağı gözlənilir. KİV planı “əsrin müqaviləsi” adlandırıb.

Qeyd edək ki, BMT Baş Assambleyası dekabrın 21-də ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarının qəbul edilməməsi ilə bağlı qətnaməni qəbul edib. Sənədin lehinə 128 ölkə səs verib. 9 ölkə qətnamənin əleyhinə səs verib. 35 dövlət isə bitərəf qalıb.

İnterpress.az