İnterpress.az istinadla xəbər verir ki, Boris Consonun rusiyalı həmkarı Sergey Lavrovla görüşü planlaşdırılır.
Görüşdə əsas müzakirə mövzuları İranın nüvə proqramı, Şimali Koreya ətrafında vəziyyət, Suriya böhranı, Ukrayn məsələsi, eləcə də 2018-ci ildə futbol üzrə keçiriləcək dünya çempionatı vaxtı təhlükəsizlik durumudur.
Qeyd edək ki, səfər öncəsi Rusiyanın ünvanına kəskin tənqidi çıxışlar edən britaniyalı nazirin Moskvanı Ukrayna siyasətində müəyyən yumşalmalar etməyə sövq edəcəyi bildirilir.
İnterpress.az