Lavrov və Conson mətbuat konfransında mübahisə etdilərbackend

Lavrov və Conson mətbuat konfransında mübahisə etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az APA-ya istinadən xəbər verir ki, mübahisə bu gün Rusiya və Böyük Britaniya XİN başçılarının görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında baş verib.

Belə ki, Rusiya XİN başçısı Sergey Lavrov çıxışında Boris Consonun Rusiyanın Britaniyada keçirilən referenduma (Brexit) Rusiyanın müdaxiləsi ilə bağlı əllərində heç bir sübut olmadıqlarını dediyini bildirib. Boris Conson isə Sergey Lavrova etiraz edərək, belə fikir işlətmədiyini söyləyib: \”Mən demişəm ki, Rusiyanın \”Brexit\”ə uğurlu müdaxiləsi ilə bağlı sübut yoxdur. Bu, o demək deyil ki, Rusiya müdaxilə etməyib. Müdaxilə edib, lakin uğurlu olmayıb. Rusiyanın Almaniya, İtaliya, Fransa və ABŞ-da keçirilən seçkilərə müdaxilə etməsina dair çoxlu faktlar var\”.

Sergey Lavrov cavabında \”müdaxilə etmişiksə, dəlil-sübut olmalıdır\”, – deyə bildirib. B. Conson isə \”yaxşı, yaxşı\” deyə yaranan söz duelinə son qoyub.

İnterpress.az