İnterpress.az xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Lobov Vitali Nikolayeviçin cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.
İnterpress.az