İnterpress.az AzərTac-a istinadən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxriyyə Xələfovanın “Şərq cazibəsi” və “Ladies of Azerbaijan” kolleksiyalarına aid geyimlərlə tanış olublar.
Tədbir çərçivəsində “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli Fəxriyyə Xələfovaya Azərbaycan mədəniyyətinin və dəbinin təbliği istiqamətində fəaliyyətinə və xüsusi xidmətlərinə görə “Azərbaycanın qüruru” ordenini təqdim edib.
Həmçinin tanınmış modelyerə jurnalın fəxri üzvü diplomu təqdim olunub. Mükafat jurnalın redaksiya şurasının qərarı ilə təsis edilib.
İnterpress.az