Xalq artisti “Atv maqazin onlarla”da uzun illər dostluq etdiyi Z.Xanbabayevadan incidiyini dilə gətirib: “Zulya ilə bizi bir-birimizə illər bağlayır. İndi danışa-danışa nələrisə yadıma salıram. Onun prodüseri Nigarla telefon danışığımız elə bilirdim ki, özəl olaraq da qalacaq. Sən demə, elə deyilmiş. O, bu söhbəti prodüser Tolikə danışıb. İllər boyu dostluq etdiyim insana bunu yaraşdırmıram. Hamı bilir ki, aramızda bir soyuqluq oldu. Amma necə, nədən oldu, nə üstə oldu? Bu, bir sirr idi”.
Qeyd edək ki, prodüser Tolik müsahibəsində küsülü olan Aygün Kazımova, Brillinat Dadaşova, Zülfiyyə Xanabayeva barədə də danışarkən bu sözləri demişdi: “Zülfiyyə xanım mənə bir söz deyib, onu bu gün burda deyəcəm. Bir dəfə Aygün əsəbi olur və Zülfiyyənin prodüseri Nigarı yığır və onun üstünə qışqırır. Nigar daha sonra bu hadisəni Zülfiyəyə danışır. Zülfiyyə də deyir ki, bəs niyə cavabını vermədin? Cavab belə olur ki, bəs o Aygün Kazımovadır axı. Aygün, Brilliant, Zülfiyyənin bir-birlərinə antipatiyaları olsa da, özlüklərində bir-birini çox istəyirlər”. (lent.az)
İnterpress.az