İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov danışıb.
“Bir sıra ölkələrdən fərqli olaraq, biz hərbi ekspansiya tərəfdarı deyilik. Güc proyeksiyası adı altında xaricdə, o cümlədən Latın Amerikası ölkələrində hərbi bazalar yaratmaq bizim üçün əsas hədəf deyil”, – Lavrov deyib.
Lavrov həmçinin NATO-nun hərbi potensialını Rusiya sərhədləri yaxınlığında artırmasının narahatlıq doğurduğunu bildirib.
İnterpress.az