İnterpress.az xəbər verir ki, Xaltmaaqiyn Battulqa dövlət başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Dövlət başçıları ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı üçün yaxşı imkanların olduğunu qeyd ediblər.
İnterpress.az