İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan Tbilisidə gürcüstanlı həmkarı Giorgi Marqvelaşvili ilə keçirdiyi birgə brifinqdə deyib. Onun sözlərinə görə, Ermənistanda qeydə alınmış hər hansı bir şirkət Gürcüstan üçün çox faydalı ola bilər.
“İranla sərhəddə yerləşən azad ticarət zonası Gürcüstan üçün gözəl bir fürsətdir. Çünki İran bölgə üçün böyük enerji bazarına malikdir”, – deyə S.Sarkisyan bildirib.
Ermənistan prezidenti regionda təhlükəsizlik və sülh məsələsinə də toxunub: “Düşünürəm ki, regionda problemlər sülh yolu ilə həll edilməlidir. Dağlıq Qarabağ münaqişəsi də həmçinin yalnız sülh yolu və danışıqlar çərçivəsində həll oluna bilər. Reginda sakitçiliyin bərqərar olmasında Gürcüstan də öz töhfəsini verə bilər”.
İnterpress.az