Arakanlı müsəlmanlarla bağlı – Yeni Qərarbackend

Arakanlı müsəlmanlarla bağlı – Yeni Qərar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, səsvermədə 132 ölkə iştirak edib. Onlardan 122-i qərarın lehinə səs verib.

İslam Əməkdaşlıq Təşkilatı tərəfindən irəli sürülən layihəyə Çin, Rusiya, Myanma, Suriya, Laos, Filippin, Vyetnam, Zimbabve və Belarus rədd cavabı verib. 24 ölkə isə bitərəf qalıb.

Myanmada arakanlı müsəlmanların haqlarının pozulmaması çağırışı edən layihə çərçivəsində müsəlmanlara vətəndaşlıq verilməsi, humanitar yardımlara icazə verilməsi və BMT-nin katibi Antonio Quterresin Myanmaya xüsusi təmsilçi kimi getməsi qərara alınıb.

BMT-nin məlumatlarına görə, Myanmada təxminən 700 min arakanlı müsəlman 25 avqust tarixindən etibarən zülm və qətliamlardan qaçaraq Banqladeşə sığınıb.

Qeyd edək ki, Arakanda 1970-ci ildən etibarən 2 milyona yaxın müsəlman yaşayır.

İnterpress.az