İnterpress.az xəbər verir ki, V. Bardin onkoloji xəstəlikdən əziyyət çəkirmiş.
“Mənim deməyə sözüm çox azdır. Gözlənilməz oldu… O, mənim hər zaman xatirəmdə qalacaq tanışlarımdan biridir. Kədərlidir”, – deyə rusiyalı proqramçı, “Lib.ru” saytının yaradıcısı Maksim Moşkov bildirib.
Qeyd edək ki, Valeri Bardin SSRİ-də internetə qoşulmuş ilk kompüter şəbəkələrindən birinin yaradıcısı olub. Şəbəkə 1990-cı ildə Kurçatov adına Atom Enerjisi İnstitutunun bazasında yaradılıb. Şəbəkə Moskva, Leninqrad və Novosibirskdə yerləşən elmi idarələrin kompüterlərini birləşdirib. Elə həmin ilin avqustunda ilk xarici əlaqə də qurulub və Helsinki Universitetindəki kompüterlə əlaqələndirməyə nail olunub. Bir ay sonra yaradıcılar “Demos” proqramçılar kooperativi ilə birlikdə SSRİ-də ilk yüksək səviyyəli domeni (.s.u) qeydiyyatdan keçiriblər. 1992-ci ildə isə rabitə xidmətləri göstərən “Relkom” Səhmdar Cəmiyyəti təsis edilib.
V. Bardin OC “Unix” bazasında yaradılmış ilk sovet əməliyyat sistemi DEMOS-un işlənib hazırlanmasında iştirak edib. O, 2002-ci ilə qədər “Milli Xəbərlər Xidməti” internet agentliyinin inkişaf üzrə direktoru idi.
İnterpress.az