Türkiyədə 714 terrorçu saxlanılıb, 100-ə yaxın silahlı məhv edilibbackend

Türkiyədə 714 terrorçu saxlanılıb, 100-ə yaxın silahlı məhv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, dekabrın 26-da İstanbul şəhərində əməliyyat keçirilib. Keçirilən xüsusi əməliyyat nəticəsində İŞİD terror təşkilatı ilə əlaqələrdə şübhəli bilinən 30 nəfər tutulub. Şübhəlilər İstanbuldakı Terrora qarşı mübarizə şöbəsinin əməkdaşlarının şəhərin 2 rayonunun 7 ünvanında keçirdiyi əməliyyat nəticəsində tutulublar.

Qeyd edək ki, Türkiyədə 1 sentyabr – 26 dekabr keçirilən terror əməliyyatları zamanı İŞİD terror təşkilatına ağır zərbə vurulub. Həmin ərəfədə Türkiyədə 21 əməliyyat təşkil edilib. Əməliyyatlar zamanı 714 terrorçu və İŞİD-lə əlaqəli şəxs saxlanılıb. Saxlanılanlardan 670 nəfəri xarici olub. Əməliyyatlar zamanı 100-ə yaxın terrorçu məhv edilib.

İnterpress.az