İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Verilən məlumata görə, Putin bildirib ki, birliyə daxil olan ölkələr özlərinin sosial-iqtisadi inkişaf, sabitlik və təhlükəsizlik gücləndirilməsi istqamətində üzrə işi davam etdirəcəklər.
“Mən çox şadam ki, Yeni il ərəfəsində biz bir yerə toplaşmışıq. Qeyri-rəsmi görüşümüzdə, qarşıdan gələn il ərzində planlarımız barədə danışırıq. Təbii ki, bizim əsas məqsədimiz regionda sakitçiliyi və əminamanlığı qorumaqdır. Bu üzdən, sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, sosial-iqtisadi məsələlərin həlli istiqamətində işlərimizi davam etdirəcəyik,\” – deyə V.Putin bildirib.
Putinin sözlərinə görə, bu il ərzində ölkələr arasında inteqrasiyanın təşviq edilməsi üçün böyük səylər göstərilib: “Bu il ölkələrimiz arasında əməkdaşlıq sürətlə inkişaf edib. Ölkələr arası xidmətlərdə müəyyən maneələr aradan qaldırılıb. Terrorla mübarizədə böyük uğurlar əldə edilib. Narkotraffikə dair əməkdaşlıq genişləndirilir. İqtisadi sahədə də əməkdaşlığımız bəhrəsini verib. Ölkələr arasında əmtəə dövriyyəsi kəskin artıb. Belə ki, 10 ay ərzindəki məlumata görə, dovriyyədə 1/3 faiz artım qeydə alınıb”.
İnterpress.az