Bunu “Report”a açıqlamasında “Gilavar” – hava və ekstrim idman klubunun direktoru Ziya Qasımov deyib.
O bildirib ki, hazırda axtarış işləri davam etdirilir.
Qeyd edək ki, dekabr 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış \”Gilavar\” – hava və ekstrim idman klubunun 3 üzvü (Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə) geri qayıtmayıb və onlarla əlaqə kəsilib. Dekabrın 26-da aidiyyatı qurumlara faktla bağlı məlumat verilib. Onların axtarışları DSX, FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAİREX üzvlərindən ibarət komanda tərəfindən həyata keçirilir. Axtarışlara helikopterlər də cəlb olunub.
İnterpress.az