Sankt-Peterburqda ticarət mərkəzində güclü partlayış — Yaralılar varbackend

Sankt-Peterburqda ticarət mərkəzində güclü partlayış — Yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisə ticarət mərkəzindəki “Perekryostok” mağazasında qeydə alınıb. Partlayışdan sonra güclü yanğın olub.

Məlumat daxil olan kimi əraziyə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib. Xilasedicilər mağazada olan 50-dən çox insanı təxliyyə ediblər. Hadisə zamanı 10 nəfər xəsarət alıb.
Hadisədən sonra mağaza bağlanıb. Bu barədə ticarət mərkəzinin məlumatında bildirilib:

“Bu gün ticarət mərkəzindəki “Perekryostok” mağazasında partlayış olub. Hadisə zamanı həyatını itirən olmayıb. Hadisədən sonra yanğın olub. Yanğınsöndürənlər dərhal alovun qarşısını alıblar. Hazırda mağaza bağlıdır. Orada hüquq-mühafizə orqanlarının əməkdaşları çalışırlar”.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az