İnterpress.az xəbər verir ki, \”Yeni Müsavat”ın reportyor qrupu sözügedən ünvandan reportaj hazırlayıblar.
Bildirilir ki, sözügedən ərazidə, Üçtəpənin girişinə yaxın hissədə böyük – qazonla örtülmüş, müxtəlif dekorativ ağaclar, üzüm bağı salınmış həyətdə 2 qoşa imarət var.
Üçtəpədə vaxtilə Zaqafqaziya Hərbi Dairəsinin yerləşmiş olduğu hərbi hissənin ərazisində inşa edilən 2 yanaşı və son dərəcə dəbdəbəsi ilə seçilən qoşa imarətdən çıxan tüstü Bakı-Şəmkir yolundan da görünüb. Jurnalistlər sabiq nazirin mülkünə çatanda orada Göygöl Rayon Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən briqadaları işləyirmiş. Ərazidə 10-a yaxın yanğınsöndürən maşın alovun qarşısını almağa çalışıb.
Kənd sakinləri də yanğınsöndürənlərə kömək edib.
İnterpress.az