Səudiyyə Ərəbistanında korrupsiya işi üzrə saxlanılanlar arasında qərb ölkələrindən olan 17 biznesmen də var. İnterpress.az Sputnik Az-a istinadən bildirir ki, bu barədə Daily Mail xəbər verir.
Məlumata əsasən, 8 ABŞ, 6 Böyük Britaniya və 3 Fransa vətəndaşı saxlanılıb və onlara qarşı işgəncələr tətbiq edilir. Həmin şəxslər Ər-Riyaddakı Ritz-Carlton otelində saxlanılırlar.
Bütün adı çəkilən ölkələrin rəsmiləri bu məlumatı şərh etməkdən çəkinirlər.
Xatırladaq ki, noyabr ayında gənc vəliəhd şahzadə Məhəmməd bin Salmanın rəhbərlik etdiyi Korrupsiya ilə mübarizə Ali komitəsi 40-dək şəxsin saxlanılması barədə göstəriş verib. Onların arasında kral ailəsinin üzvləri, nazirlər, hərbçilər, biznesmenlər də var. Məlumata əsasən, korrupsiya qalmaqalında söhbət 100 milyard dollardan artıq məbləğdən gedir.
İnterpress.az