Ata 6 aylıq uşağını sakitləşdirmək üçün öldürdü – FOTObackend

Ata 6 aylıq uşağını sakitləşdirmək üçün öldürdü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az publika.az-a istinadən xəbər verir ki, hadisə ABŞ-ın Arizona ştatında baş verib. 30 yaşlı ata Robert Rezendiz 6 aylıq oğlu ilə evdə tək qalıb. Uşaq dayanmadan ağladığı üçün Robert əsəbiləşib və onu sakitləşdirmək məqsədilə atıb-tutmağa, kobud şəkildə oynatmağa başlayıb.

Bununla da körpəni sakitləşdirə bilməyən kişi 6 aylıq körpə oğlunu dizinə yatıraraq kürəyindən vurub. Zərbələr nəticəsində körpənin mədəaltı vəzi, qaraciyəri, qabırğaları və ombasında çoxsaylı travmalar əmələ gəlib. Daha sonra o, uşağı əks istiqamətə çevirərək onurğa sütunu sındırıb. Şiddətli ağrılardan uşaq atasının dizində ölüb.

Faktla bağlı R.Rezendiz haqqında cinayət işi açılıb. Məhkəmə onun həbsxanaya göndərilməsinə qərar verib.

Ata 6 aylıq uşağını sakitləşdirmək üçün öldürdü - FOTO

Məlum olub ki, 30 yaşlı R.Rezendiz daha əvvəl də müxtəlif cinayətlərdən məhbus həyatı yaşayıb və 250 min dollar müqabilində şərti olaraq azadlığa buraxılıb.

İnterpress.az