İtaliya prezidenti ölkə parlamentini buraxıb – YENİLƏNİBbackend

İtaliya prezidenti ölkə parlamentini buraxıb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya milli parlamentində növbəti seçkilərin günü məlum oldu.

İtaliya milli parlamentində növbəti seçkilər gələn ilin mart ayında keçiriləcək.

Bu barədə ölkənin Nazirlər Şurası qərar qəbul edib. Qəbul edilən qərara görə, İtaliya milli parlamentində növbəti seçkilər 2018-ci ilin mart ayının 4-də baş tutacaq. Seçkilərdən sonra ölkənin yeni milli parlamenti məlum olacaq.

Qeyd edək ki, dekabrın 27-də İtaliya prezidenti Serco Mattarella milli parlamentin buraxılması haqqında fərman imzalayıb.
Xatırladaq ki, İraliya qanunlarına görə, parlamentin buraxılmasından sonra, qanunverici orqanın səlahiyyət müddətinin bitməsilə əlaqədar növbəti parlament seçkiləri keçiriləcək.

***

İnterpress.az xəbər verir ki, bu barədə prezident administrasiyasından məlumat verilib. Verilən məlumatda bildirilib ki, ölkə başçısı parlamentin buraxılması haqqında fərmanı dekabrın 27-də imzalayıb.

Qeyd edək ki, parlamentin buraxılmasından sonra, qanunverici orqanın səlahiyyət müddətinin bitməsilə əlaqədar növbəti parlament seçkiləri keçiriləcək. Seçkilərin tarixi cümə axşamı Nazirlər Şurasının iclasında təyin olunacaq.

İnterpress.az