İnterpress.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Lion və Parisdə saxlanılan şəxslərin bir-biri ilə tanış olmadığı, lakin hər ikisi də sosial şəbəkələr vasitəsi ilə İŞİD-lə sıx əlaqədə olaraq, terror aktları törətməyi planlaşdırıblar.
Axtarış zamanı saxlanılanlardan silah-sursat və ya partlayıcı qurğu aşkarlanmayıb.
Saxlanılan oğlanın ruhi xəstəlikdən əziyyət çəkdiyi və bir ay əvvəl psixiatrik klinikada müalicə aldığı bildirilir.
İnterpress.az