Fövqəladə Hallar Nazirliyindən (FHN) İnterpress.az-a verilən məlumata görə, Nazirliyin Aviasiya dəstəsinin \”Mi-17\” markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və xüsusi təlim keçmiş itlər, peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir. Qeyd edək ki, bu gün səhər saatlarından Xüsusi Riskli Xilasetmə Xidmətinin əlavə 10 nəfər dağ-xilasedicisi axtarışlara cəlb olunub.
Axtarış işləri barədə əlavə məlumat veriləcək.
İnterpress.az