İranda keçirilən etirazlarda ölənlərin sayı 12-yə çatdıbackend

İranda keçirilən etirazlarda ölənlərin sayı 12-yə çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə İran hökumətinə istinadən \”Franc-Press\” agentliyi məlumat yayıb.

Etiraz aksiyaları zamanı ən azı 12 nəfər ölüb, onlarla şəxs isə xəsarətlər alıb. Aksiyaçıların hansı şəraitdə öldüyü açıqlanmayıb.

Bildirilir ki, Xuzestan əyalətinin İze şəhərində 2 nəfər güllələnib, bir neçə nəfər yaralanıb.

\”İki nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. Mən məhz kimin – asayiş keşikçilərinin, yaxud da nümayişçilərin atəş açdığını bilmirəm\”, – deyə yerli administrasiya nümayəndəsi bildirib.

Bundan əlavə, agentliyin məlumatına görə, daha iki nəfər Lurestan əyalətinin Dorud şəhərində ölüb. Orada etirazçılar yanğınsöndürən maşını ələ keçirərək təpədən aşağı itələyiblər.

\”Avtomobil yaşlı kişi və yeniyetmənin üzərinə düşüb, hər ikisi ölüb\”, – deyə şəhər bələdiyyə rəhbəri bildirib.

İnterpress.az