Öz Twitter səhifəsində Donald Trump yazıb ki, Obama administrasiyası ilə bağladığı \”dəhşətli\” sövdələşməyə baxmayaraq, İran bütün sahələrdə iflasa uğrayır.
\”Qüdrətli İran xalqı uzun illərdir ki, repressiyalara məruz qalıb. Onlar yemək və azadlıq üçün acdır. İnsan haqları ilə yanaşı İranın sərvəti də talan edilir. DƏYİŞİKLİK VAXTI ÇATIB!\” – Trump öz Twitter səhifəsində yazıb.
\”Qüdrətli İran xalqı uzun illərdir ki, repressiyalara məruz qalıb. Onlar yemək və azadlıq üçün acdır. İnsan haqları ilə yanaşı İranın sərvəti də talan edilir. DƏYİŞİKLİK VAXTI ÇATIB!\”
Onun bu bəyanatına bəzi sosial media istifadəçiləri tənqidi şərhlər yazıb.
Belə ki, istifadəçilərdən biri Trump-a belə cavab verib: \”İran xalqını qüdrətli sayırsansa, niyə onların ABŞ-a girişini qadağan etmisən\”.
İranda bazar günü keçirilmiş etirazlar zamanı azı 10 nəfər ölüb, dövlət televiziyası detallı məlumat vermədən bildirib.
\”Ötən axşam baş vermiş hadisələr zamanı bir neçə şəhərdə, təəssüf ki, 10-a yaxın insan həyatını itirib\”, Reuters sitat gətirib.
BBC Monitorinq İran mediasına istinadən yazır ki, indiyədək təxminən 200-dək insan saxlanıb.
Tehran valisinin köməkçisi Əli Əşgar Naserbaxt bildirib ki, saxlanılanların azı 40 nəfəri etirazçıların liderləridir.
Bazar günü nümayişlərində polislərin etirazçı qruplara yüksək təzyiqli su ilə müdaxilə etdiyi deyilir.
İnterpress.az