İnterpress.az xəbər verir ki, Ş.Güneş “Rəhbərlik “Arda gəlmək istəyir” desə cavabınız necə olar?” sualına belə cavab verib:
“Yenə deyirəm, əlimdə bir futbolçu qrupu var. Mənə bu kadr yetərlidir. Tosiç və Pepedən məmnunam. Vida da gəldi. Medel də həm mərkəz, həm də müdafiəçi mövqeyində oynaya bildiyi üçün transfer edildi. Qanadlarda ulduz futbolçularımız var. Yəni bu heyətdən heç kim getməyəcəksə, mükəmməl kadr qurulacaq. Buna görə də başqa transfer etməyə gərək yoxdur”.
Qeyd edək ki, klubun prezidenti Fikret Orman da Arda Turanın transfer məsələsinə bənzər cavabı vermişdi. O, “Ardaya “Beşiktaş” forması qismət olmasını istəyərəm, ancaq hazırda belə bir şansı yoxdur”, – demişdi. (publika.az)
İnterpress.az