Səudiyyə və BƏƏ-də ilk dəfə olaraq ƏDV tətbiq olunmağa başlanıbbackend

Səudiyyə və BƏƏ-də ilk dəfə olaraq ƏDV tətbiq olunmağa başlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beş faiz məbləğində rüsum məhsul və xidmətlərin əksəriyyətinə tətbiq olunur.

Körfəz dövlətləri uzun müddət idi ki, xarici işçiləri vergidən azad yaşayış şəraiti ilə özünə cəlb edə bilirdi.

Lakin neft qiymətləri ucuzlaşandan sonra region dövlətləri gəlir mənbələrini genişləndirməyə çalışır.

BƏƏ ümid edir ki, ƏDV-nin tətbiq edilməsinin ilk ilində 3 milyard 300 milyon dollar məbləğində əlavə gəlir təmin edə biləcək.

ƏDV benzin və dizel yanacağına, ərzaq, paltar, kommunal xərclərə və mehmanxanda qalmaq haqqına tətbiq olunmağa başlayıb.

Bununla belə, tibbi müalicə xərcləri, maliyyə xidmətləri və ictimai nəqliyyat vergidən azad olunub.

Hər iki ölkədə hələ ki, gəlir vergisinin tətbiqi planlaşdırılmır. (bbc)

İnterpress.az