Çərşənbə axşamı günü paylaşdığı tvitlərdə, Donald Trump ABŞ-ın Fələstinə ödədiyi yardımın əvəzinə heç bir \”təşəkkür\” almadığını və İsraillə danışıqlar aparmadığı təqdirdə bu ödənişlərin davam edilməsinin məntiqi sual altına qoyub.
Fransanın AFP xəbər agentliyinə müsahibəsində, Mahmud Abbasın sözçüsü Nabil Ebu Rudeyna isə deyib ki, \”Qüds Fələstinin əbədi paytaxtıdır və o dollarlara və ya qızıla satılmır\”.
ABŞ prezidenti Donald Trump dekabr ayında verdiyi qərarla Qüdsü (Yerusəlimi) İsrailin paytaxtı olaraq tanıdığını və ABŞ-ın Təl Əviv şəhərində yerləşən səfirliyinin Qüdsə köçürüləcəyini bildirmişdi.
Tənqidlərlə baxmayaraq, Trump bu qərarın Yaxın Şərqdəki sabitliyə zidd olmadığını və əksinə sülh danışıqlarına yolu açacağını iddia etmişdi.
ABŞ-ın regional müttəfiqləri daxil olmaqla, bir çox ölkə və Birləşmiş Millətlər Təşkilatı (BMT) da Trump-ın qərarını qınayıb. ABŞ-ın Qüds barədə mövqeyindən dönməsinə çağırış edən qətnamə BMT-də böyük səs çoxluğu ilə qəbul edilib.
Nəticədə ABŞ-ın BMT-yə səfiri Nikki Haley bildirmişdi ki, ABŞ qətnamə üzrə ona qarşı səs verən ölkələrə verilən maddi yardımını kəsə bilər. Türkiyə prezidenti Recep Tayyip Erdoğan buna cavab olaraq \”demokratiya iradəsini dollarlarınızla ala bilməzsiniz\” deyib.
Donald Trump Qüds barədə qərarını bəyan etdikdən sonra, vitse-prezident Mike Pence Yaxın Şərqə planlaşdırdığı səfərini təxirə salıb.
Ağ Ev hələ ki, bu səfərin nə vaxt baş verəcəyi sualına hələ ki, cavab verməyib. (bbc)
İnterpress.az