“Mitsubishi” ilə qadını öldürüb qaçan şəxs tutuldubackend

“Mitsubishi” ilə qadını öldürüb qaçan şəxs tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 3-də saat 8:00 radələrində Şirvan şəhərinin H.Əliyev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Nəsibə Xəlilova vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Mitsubishi” markalı avtomobilin sürücüsü – Sabirabad rayon sakini Emin Abbasov saxlanılıb.

Şirvan ŞPŞ tərəfindən araşdırma aparılır.

İnterpress.az