İnterpress.az Apasport.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Everton”la 27 yaşlı hücumçunun keçidi ilə bağlı anlaşıb.
Tosunun transferi 27 milyon avroya rəsmiləşəcək. Bununla da “ay-ulduzlular”ın futbolçusu ən bahalı türk oyunçu adına yiyələnəcək. O, 12 milyon avroya “Atletiko”ya keçən Arda Turanı arxada qoyacaq.
Yaxın saatlarda 3,5 illik müqavilə imzalayacaq futbolçu ildə 4 milyon avro qazanacaq.
Qeyd edək ki, “Everton”un baş məşqçisi Sem Ellerdaysın Tosuna “Liverpul”la keçiriləcək kubok oyununda debüt şansı verəcəyi gözlənilir.
İnterpress.az