Qaracüzlü kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, yanğın ferma ərazisindəki çobanlara məxsus evdə baş verib:
“Zəkəriyyə öz ailəsi ilə birlikdə fermada yaşayırmış. O, səhər tezdən uşaqlarını yatmış halda qoyaraq həyat yoldaşı ilə birgə mal-qaranın qaldığı tövləyə gediblər. Həmin vaxt soba yanırmış. Sobadan evə od düşüb. Bir də baxıblar ki, evləri yanır. Camaat gəlib alovu söndürənə qədər Zəkəriyyənin iki övladı diri-diri yanaraq ölüb. Uşaqlardan birinin 2, ikincisinin isə 5 yaşı olub. Meyitlər tanınmaz halda idi, bədənlərinin çox hissəsi yanmışdı”.
Qeyd edək ki, Qobustan rayonunda yanğın hadisəsi baş verib. Rayonun Qaracüzlü kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlu və 2016-ci il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının yanmış meyitləri aşkar olunub.
İnterpress.az