İnterpress.az xəbər verir ki, bu barədə \”AFP\” məlumat yayıb.
\”Perunun eks prezidenti Alberto Fuximori prezident Pablo Kuçinskinin mübahisəli əfv qərarından sonra Limadakı xəstəxananı əlil arabası ilə, azad insan kimi tərk edib\”, – deyə agentlik bildirib. Daha əvvəl məlum olub ki, Kuçinski Fuximorini səhhəti ilə əlaqədar həbsxanadan azadlığa buraxmaq qərarına gəlib. Bu qərar ölkədə kütləvi narazılıqlara səbəb olub. (report)
İnterpress.az