İnterpress.az xəbər verir ki, şirkət bildirib ki, cəmi 4 000 ədəd cihaz istehsal ediləcək.
Bu smartfonlar xüsusi olaraq olimpiada mövzusunda yaradılacaq. Bu smartfon ağ rəngdə olacaq və arxa panelində qızılı Olimpiya həlqələri də olacaq.
Smartfonları Pxyonçxan şəhərinə gələcək idmançılara və Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələrinə paylayacaqlar.
Şirkətdə dəqiqləşdiriblər ki, cihaz xüsusi olaraq Olimpiya mövzusunda divar kağızları ilə təchiz ediləcək. Bundan başqa, smartfonda Qış Olimpiya Oyunları-2018-ə aid məlumatları axtarıb tapmaq üçün əlavə də olacaq.
İnterpress.az