Ticarət mərkəzində yanğın – Sahibkar qadın dükanda yandıbackend

Ticarət mərkəzində yanğın – Sahibkar qadın dükanda yandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az femida.az-a istinadən xəbər verir ki, hadisə rayon ərazisindəki Nəsimi Ticarət Mərkəzində baş verib. Gecə saat 23:00 radələrində Ticarət Mərkəzinin içərisində yerləşən gül dükanında qəfil yanğın başlayıb. Yanğının qarşısı alınsa da, dükanın sahibi, 1956-cı il təvəllüdlü Əmiraslanova Nərgiz Hüseynqulu qızı ağır yanıq xəsarətləri alıb.

Hadisə nəticəsində N.Əmiraslanovanın bədəninin 65 faizi yanıb. Yaralı Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az