İnterpress.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun \”Yaşma\” stansiyası ərazisində baş verib.
Belə ki, 1986-cı il təvəllüdlü Emil Mail oğlu Dadaşov yaşadığı ərazidə ürəyinə 1 bıçaq zərbəsi vurmaqla intihara cəhd edib.
Yaralı dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxasnasına çatdırılıb. Əməliyyat olunan şəxsin vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az