Deputat Breksit müzakirələri zamanı yuxuya getdi — VİDEObackend

Deputat Breksit müzakirələri zamanı yuxuya getdi — VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, \”Konservativlər\” partiyasının millət vəkili Desmond Sveyn efir vasitəsilə birbaşa yayımlanan debatlar vaxtı yuxuya gedib.

Kadrlarda da görünür ki, Sveyn Breksit barədə hesabatdan danışan Ken Klarkın monoton danışıqları altında yuxulayır. Klark növbəti dəfə səsini ucaldanda Sveyn yuxudan ayılır və özünü diqqətlə dinləyirmiş kimi aparır.

Sosial şəbəkə istifadəçiləri isə, bildiriblər ki, parlament danışıqları istənilən şəxsi yora bilər. Bəziləri isə Sveyni tənqid ediblər və qeyd ediblər ki, deputat kifayət qədər yaxşı maaş alır, yatmaqdansa işlə məşğul olmalıdır.

İnterpress.az