İnterpress.az xəbər verir ki, bu barədə yanğın baş verən ərazidə olan Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi, general-mayor Füzuli Əsədov bilirib.
F. Əsədov qeyd edib ki, hadisə nəticəsində binanın 2000 kv.metr dam örtüyü yanıb.
Onun sözlərinə görə, yanğın barədə siqnal saat 08.29-da daxil olub.
Hadisə yerinə FHN-nin 12 texnikası, 50 nəfərədək canlı qüvvəsi cəlb edilib.
Yanğın nəticəsində xəsarət alan olmayıb. (report)
İnterpress.az