Türkiyə əməliyyata başladı – 108 hədəf vuruldubackend

Türkiyə əməliyyata başladı – 108 hədəf vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri Türkiyə Silahlı Qüvvələrinə istinadla məlumat yayıb.

Əməliyyata Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri cəlb edilib. Onlar Türkiyə-Suriya sərhəddində cəmləşmiş PYD terrorçularının mövqelərinə aviazərbələr endirib.

Azad Suriya Ordusunun bölmələrinində Afrinə doğru hərəkət etdiyi bildirilir.

Əməliyyat zamanı öncədən müəyyənləşdirilən 113 hədəfdən 108-i vurulub.

Türkiyə Silahlı Qüvvələrindən bildirilib ki, əməliyyat zamanı əsas hədəf olaraq terrorçular və onlara aid sığınacaqlar, mövqelər, hərbi texnikalar seçilib. Qeyd edilib ki, sivil vətəndaşların zərər görməməsi üçün xüsusi həssaslıq göstərilir.

İnterpress.az