İnterpress.az xəbər verir ki, 33 yaşlı qrossmeyster 7-ci turda ağ fiqurlarla çinli Vey İni məğlub edib. Rəqib 30-cu gedişdə təslim olub.
Bununla da xallarını 5,5-ə çatdıran Şəhriyar Məmmədyarov vahid liderliyini davam etdirir. O, ən yaxın izləyicilərindən 1 xal öndədir.
Qeyd edək ki, turnir ümumilikdə 13 turdan ibarətdir. 8-ci turda Şəhriyar Məmmədyarov qara fiqurlarla hollandiyalı Aniş Giriyə rəqib olacaq. Görüş yanvarın 21-də keçiriləcək.
İnterpress.az