İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Ər-Riyadda beş ulduzlu “Rits-Carlton” hotelində saxlanılan şahzadələrlə danışıqların yanvarın sonuna kimi yekunlaşacağı gözlənilir. Artıq saxlanılanlardan 90 nəfərin hökumətin şərtlərini qəbul edərək, azadlığa çıxdığı bildirilir; daha beş nəfər təklifi götür-qoy edir. Korrupsiyada təqsirləndirilən digər 95 nəfər isə ödəniş etməkdən imtina edib və onların işi məhkəməyə verilə bilər.
“Reuters”in yanvarın 14-də verdiyi xəbərə görə, krallığın ən zəngin insanlarından olan şahzadə Əl Vəlid bin Təlal hökumətə “ianə” verməyi təklif edib. Ancaq təklif olunan məbləğ ölkənin Baş Prokurorluğunu qane etməyib.
İnterpress.az