QHT sədrindən Səhiyyə nazirliyinə sərt sözlər: Bu genofonda vurulan zərbədir, rəsmən səhiyyə terrorudurbackend

QHT sədrindən Səhiyyə nazirliyinə sərt sözlər: Bu genofonda vurulan zərbədir, rəsmən səhiyyə terrorudur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Slavyan Gənclər Assosiyasiyasının sədri Səbuhi Abbasov Səhiyyə sahəsində olan problemlərə özünün \”facebook\” səhifəsində sərt münasibət bildirib.

Həmin paylaşımı olduğu kimi təqdim edirik.

\”Tam səmimi deyirəm, BİZ NƏYİ VƏ YAXUD KİMİ GÖZLƏYİRİK? Səhiyyə Ölkə sahəsində ciddi dönüş yaradacaq islahatlar başlanmalıdı. Mən həkim deyiləm, tibb sahəsində biliklərim o qədər də dərin deyil. Amma bir sadə sualım var: Ölkədə az qala hər 10 uşaqdan 7si eyni formada xəstələnir. Boğaz, infeksiya, qızdırma, qusma və halsızlıq. Sizcə bu təsadüfdürmü? Bilmirəm səbəb sudurmu, yeməkmidir, havadırmı, amma görüntü göz önündədir. Bugünümüzün səhiyyə mənzərəsi acınacaqlıdır. Şəxsən mən son 3 ayda bir manatın yiyəsi olmamışam. Amma bu və bu kimi süni yaradılan infeksiyalara 2min manatdan çox vəsait xərcləmişəm. Niyə? Nə üçün? İndi pul elədir ki, borc-xərc, nisyə, sələm birtəhər düzüb qoşmaq olur. Bəs uşağın canı, sağlamlığı, gələcək fəsadları necə olsun? İndi bu yaşımızda həkim olmaq zorundayıqmı? Oktay müəllim yaşlı adamdı. Ona nəvələri ilə oynamaq, vaxt keçirmək şansını tanımaq lazımdır. \”Лучше поздно чем никогда\” prinsipini də işə salmaq olar. Verin bu səhiyyəni sağlam məntiqlə düşünən insanın öhdəsinə. 2 min manat xərcləyəndən sonra məlum olur ki, ya dərmanlar saxtadır, ya da tərkibi zəifdir. Məsləhət olunur ki, təxminən 4-5 dəfə baha olan alman apteklərinə uz tutaq. Vallah bu genofonda vurulan zərbədir, rəsmən səhiyyə terrorudur…\”

İnterpress.az