“O görüntülərdəki həqiqətən də bizik” – Özcanın keçmiş sevgilisibackend

“O görüntülərdəki həqiqətən də bizik” – Özcanın keçmiş sevgilisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Axşam.a-a istinadən xəbər verir ki, Buse görüntüdəki insanların həqiqətən onlar olduğunu bildirib:

\”Onu bir ildir görmürəm və oyandıqda onunla bir görüntüdə olmaq məni çox kədərləndirdi. Bu cür xaırlanmaq istəməzdim. Hər halda, ortada bir hamilə qadın var və özümü onun yerinə qoydum. Allah bilir, indi nə haldadır.

Ora bir çox adamın girib-çıxdığı yerdir. Tam olaraq, hara olduğunu da bilmirəm. Bəlkə də, ticarət mərkəzlərindən biridir. O görüntülərdəki həqiqətən də bizik. Demək, bizi müxtəlif vaxtlarda, amma eyni məkanda görüb belə bir çirkin əməl ediblər\”.

Xatırladaq ki, ötən gün Özcan da haqqında çıxan məlumatların yanlış olduğunu bildirib. O, İnstaqram səhifəsində yazıb:

“Bu gün haqqımda çıxan xəbər həqiqət deyil. Hər kəsin girib-çıxdığı yeri “otel” adlandırıb, təhlükəsizlik kamerası görüntüləri montajlanaraq düzəldilib. Oranın hara olduğu və niyə orada olduğum ailəm tərəfindən bilinən və gizli olmayan məlumatdır. Mən də, ailəm də bu xəbərin üstündə dayanmırıq”.

Qeyd edək ki, dünən Özcanla keçmiş sevgilisi Busenin otellərin birində görüşdüyü iddia olunub. Gizlicə görüşən keçmiş sevgililərin hətta görüntüləri yayılıb.

Dənizlə Narcı 1 il yarım əvvəl ayrılıblar. Ondan sonra aktyor Feyza ilə görüşməyə başlayıb. Hazırda 6 aylıq hamilə olan Aktanın oğlu dünyaya gələcək. Cütlük yaxınlarda nikah masasına oturmağı planlaşdırır.

"O görüntülərdəki həqiqətən də bizik" - Özcanın keçmiş sevgilisi

İnterpress.az