İnterpress.az-da dərc edilmiş 14.112017-cı il tarixli \”Dəmiryolu vağzalındakı “TASTE”də marixuana izi – DİSKO, QƏLYAN, SPİRTLİ İÇKİ MƏKANI\” və 21.11.2017-ci il tarixli \”Dəmiryolu vağzalındakı “TASTE” restoranında MTN izi \” sərlövhəli yazıda dərc edilmiş yazıyla bağlı araşdırma aparılıb və bu zamanı məqalədə qeyd edilmiş məqamların həqiqətə uyğun olmaması aşkarlanıb. Saytın elektron ünvanına göndərilən fikirlərin hər hansı bir fakta söykənmədiyini və yazıda adı çəkilən obyektin qeyd olunanlara heç bir aidiyyatı olmadığı bildirilir. Bizə istinadən məqaləni yerləşdirmiş sayt rəhbərlərindən xahiş edirik ki, bununla bağlı ədalətli addım atıb, həmin yazının yayımını dayandırsınlar\”.
İnterpress.az