Lenta.ru saytı xəbər verir ki, 35 yaşlı Simon Qeytli formaya qayıtmaq üçün idmanla məşğul olub və öz qida rasionunu dəyişib. Qadın gündəlik olaraq səhər saat 5-də qaçışa çıxır. O, eyni zamanda iti ilə də gündəlik gəzintisini yaddan çıxarmır. Britaniyalı qadın eyni zamanda həftədə iki dəfə idman zalında məşq edir.
Hazırda Qeytlinin İnstaqram səhifəsini 26.7 min nəfər izləyir. Qadının sözlərinə görə, ondan daha çox həyat yoldaşları arıqlaya bilməyən kişilər məsləhət alırlar. Onlar eyni zamanda narahatdırlar ki, sevdikləri qadın uşaq dünyaya gətirəndən sonra formasını itirə bilər: “Mən hətta uşaqlarla birlikdə məşq edirəm. Onlar bunu oyun kimi qəbul edirlər”.
İnterpress.az