Afrin sakinləri: “Terrorçular bizi ana-bacılarımızı zorlamaqla hədələyirdilər” – VİDEObackend

Afrin sakinləri: “Terrorçular bizi ana-bacılarımızı zorlamaqla hədələyirdilər” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Afrin bölgəsinin terrorçulardan təmizlənən kəndlərinin sakinləri, xüsusilə kürdlər Türkiyə hərbçilərini və Azad Suriya Ordusunun (ASO) döyüşçülərini toy-bayramla qarşılayırlar.

Sakinlərin sözlərinə görə, YPG/PYD Afrini ələ keçirəndən sonra bölgədə özbaşınalıq hökm sürüb, terrorçular dinc əhaliyə divan tutub, qız-qadınları oğurlayaraq, zorlayıb və öldürüblər:

“Gəncləri məcbur edirdilər ki, silah götürərək, terrorçularla birlikdə döyüşsünlər, diversiyalar törətsinlər. Kim imtina edirdisə, onu qətlə yetirir, ailəsinə zülm edir, ana-bacılarını, arvadlarını zorlamaqla hədələyirdilər. Gəncləri öz sıralarına bu təhdidlərlə cəlb edirdilər. Onların da əksəriyyəti 15-16 yaşlı yeniyetmələrdir. Həmin uşaqları ön xətdə yerləşdirir, özləri isə silahla arxada dayanıb, geri çəkilənləri güllələyirdilər. Ona görə də biz ilk imkan düşən kimi Türkiyə hərbçilərinə təslim olduq”. (yenicag.ru)

İnterpress.az