İnterpress.az-a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, adıçəkilən müəssisənin rəhbərliyi Xətai RPİ-nin 36-cı Polis Bölməsinə rəsmi ərizə ilə müraciət edərək bildiriblər ki, pəncərəni açmaq yolu ilə binadan 3 ədəd noutbuk, 2 ədəd monitor və 1 ədəd telefon oğurlanıb.
Qeyd edək ki, Bakı SOS Uşaq Kəndi qapalı müəssisədir və özəl mühafizə şirkəti tərəfindən mühafizə olunur.
Faktla bağlı 36-cı Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb, şahidlər dindirilib. Hazırda oğurluğu törədən şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
İnterpress.az