“Ərim İnstaqramda qızlarla yazışır” – Zenfira – VİDEObackend

“Ərim İnstaqramda qızlarla yazışır” – Zenfira – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Zenfira İbrahimova \”Show time\” verilişinə açıqlamasında deyib.

İdmançı Anar Heydərovla ailəli olan sənətçi aralarında tez-tez mübahisələr olduğunu etiraf edib:

\”Sənətlə ailə həqiqətən çətindir. Onu da bacarmaq hər qadının və kişinin işi deyil. İndi eləsi var ki, dünən ailə qurub, əri deyib ki, oxuma, o da razı olmayıb, boşanıb. Bu düzgün deyil. Etibar qazanmaq, hörmət saxlamaq lazımdır. Nə olsun ki, sən çox qazana bilərsən, amma ailədə evinin xanımı, uşaqlarının anası olmalısan. Mənim fikrimcə ailəni qoruyub saxlamaq çətindir və məsuliyyət tələb edir. Onun da öhdəsindən bacardığım qədər gəlirəm.

Mən harasa gedəndə yoldaşım bilir. Çünki özüm öncədən xəbərdar edirəm. Bir az bizim xanım müğənnilərdə adət halını alıb. Azadlığa çıxmaq istəyirlər. Mən də azad yaşayıram. Amma harasa gedəndə yoldaşıma deyirəm. Bəziləri bundan sıxıntı çəkir.

Aramızda yüngül söhbətlər olur. Məsələn arada görürəm ki, Anar instaqramda mesaj bölməsində qızlarla yazışır. Onda da əsəb keçirirəm”.

İnterpress.azhttps://youtube.com/watch?v=UFuVANs_CRw