“Azerbaijan carpet” brendi yaradılacaqbackend

“Azerbaijan carpet” brendi yaradılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiq edilən “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Dövlət Proqramına əsasən İqtisadiyyat Nazirliyi və “Azərxalça” ASC 2018-2022-ci illərdə “Azerbaijan carpet” (“Azərbaycan xalçası”) brendinin yaradılması, inkişaf etdirilməsi və xarici bazarlarda təşviqini təmin etməlidir. İqtisadiyyat Nazirliyi və “Azərxalça” ASC-yə 2018-2019-cu illərdə Azərbaycanda istehsal olunan xalçaların ixracının təşviqi üçün internet portalının yaradılması da tapşırılıb.

İnterpress.az