İnterpress.az xəbər verir ki, 27 fevralda məşhur Onedio.com saytının “Youtube” kanalından yayımlanan verlişin aparıcısı öncə mahnını ifa edib, daha sonra da kobud səhv edərək “Erməni xalq mahnısıdır”- deyə, əlavə edib.
Qeyd edək ki, həmin “Youtube” kanalının 1.5 milyon daimi izləyicisi var. Verlişin bu buraxılışını “Facebook” və “Youtube”dan ümumilikdə 2 milyon insan izləyib.
Xatıladaq ki, sözlərini Əhməd Cavadın yazdığı mahnının bəstəkarı Üzeyir Hacıbəyovdur. Üzeyir bəy bu mahnını Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycandakı qəhrəmanlıqlarına ithaf edib. (Minval.info)
İnterpress.azhttps://youtube.com/watch?v=SVQvNe2jW_M