A.Şahverdiyev “Ölkə.Az”a açıqlamasında bunun böyük siyasi əhəmiyyət daşıdığını bildirib:
“Bu, yaxın gələcəkdə Dağlıq Qarabağda da seçkilərin keçirilməsi üçün müjdədir. Bunun Azərbaycan cəmiyyəti üçün böyük əhəmiyyəti var. Təsəvvür edin ki, artıq Azərbaycan dövləti işğaldan azad etdiyi kənddə 25 ildən sonra seçkilər keçirir. Özü də prezident seçkiləridir. Tam əminəm ki, Cocuq Mərcanlı sakinləri də hamılıqla gəlib səs verəcəklər. Bunu yalnız və yalnız alqışlamaq lazımdır”.
Deputat Bakıda qeydiyyatda olduğu üçün Cocuq Mərcanlıda keçirilən səsvermədə iştirak etməyəcəyini söyləyib:
“Mən 1964-cü ildən Bakıda yaşadığım üçün Cocuq Mərcanlıda səs verə bilməyəcəm”.
Qeyd edək ki, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin sakinləri 25 ildən sonra ilk dəfə öz doğma torpaqlarında səs verəcəklər.
Mərkəzi Seçki Komissiyasının qərarı ilə bu il aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin dislokasiyası daxilində Cocuq Mərcanlı kəndində 73 saylı seçki məntəqəsi yaradılıb.
Seçki məntəqəsi zəruri texniki vasitə və metodiki vəsaitlərlə təmin olunub. Məntəqə üzrə 121 seçici qeydə alınıb.
Onu da bildirək ki, Cocuq Mərcanlıda aparılan tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsi başa çatdığı üçün daha 100 ailənin kəndə köçürülməsi gözlənilir. Əgər həmin kənd sakinləri seçkilərə qədər köçürüləcəksə, seçicilərin sayı da artacaq.
İnterpress.az